Baş nazirinin müavini hökumətin və prezidentin qısa zamanda Qarabağı azad etməyə hazırlaşdığını bəyan etdi

Baş nazirinin müavini hökumətin və prezidentin qısa zamanda Qarabağı azad etməyə hazırlaşdığını bəyan etdi

27 İyul 2012 12:50
Bəyəndim (0) Bəyənmədim (0)
“Hazırda hökumət azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb”

"Azərbaycan dövləti işğal edilən torpaqları azad etməyə hazırlaşır. Torpaqların azad edilməsində dövlət Ermənistana heç bir güzəştə getməyəcək". Bu açıqlamanı jurnalistlərə Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib. Komitə sədri münaqişənin indiki vəziyyətinə və perspektivinə toxunaraq deyib: "Ermənistan gec də olsa, bu gün ayılsa və düz yola gəlsə, ola bilər ki, danışıqlarda hər hansı bir razılıq əldə olunsun. Dövlət, prezident verdiyi sözün üstündə durur. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik. Hazırda isə hökumət azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu qayıdış proqramıdır, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq".

O.M.