Bakıda 32 yaşlı kişi dənizdə boğulub

Bakıda 32 yaşlı kişi dənizdə boğulub

27 İyul 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Binəqədi, Xəzər və Sabunçu rayonlarında və Abşeron rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər (5 nəfər sularda xilasetmə məntəqələrinin ərazisində, 4 nəfər nəzarət olunmayan ərazidə) Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılmış və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmiş 1 nəfər – 1980-ci il təvəllüdlü Vəfadar Əli oğlu Məmmədov xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.

O.M.