Azərbaycanda minik avtomobili traktor ilə toqquşub

Azərbaycanda minik avtomobili traktor ilə toqquşub

27 İyul 2012 10:47
575
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ağır yol qəzası baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə iyulun 26-da gecə Bakı-Qazax yolunun 313-cü kilometrliyində qeydə alınıb. Goran qəsəbəsində Astara rayon sakini Rafiq Dadaşov idarə etdiyi "VAZ-21074" markalı avtomobili qarşıdan gedən Məşədi Süleymanovun idarə etdiyi traktorun qoşqusuna vurub. Nəticədə minik maşınında olanlar Mirzərəhim Əliyev hadisə yerində ölüb, xəsarət alan digər sərnişini Fərrux Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.