İsmayıllıda idarəetməni itirən sürücü avtomobili dərəyə aşırıb

İsmayıllıda idarəetməni itirən sürücü avtomobili dərəyə aşırıb

26 İyul 2012 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunda ağır yol qəzası baş verib. İsmayıllı rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Daxar kəndində qeydə alınıb. "QAZ-66" markalı avtomaşının sürücüsü kənd sakini Nemət Bayramov idarəetməni itirərək onu dərəyə aşırıb. Nəticədə Nemət Bayramov və sərnişinlərindən İlham Ağayev hadisə yerindəcə dünyasını dəyişiblər. Xəsarət alan digər sərnişin Kamran Ağayev isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

O.M.