Bakıda 4 nəfəri əqrəb sancdı: ikisinin vəziyyəti ağırdır

Bakıda 4 nəfəri əqrəb sancdı: ikisinin vəziyyəti ağırdır

26 İyul 2012 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakıda 4 nəfəri zəhərli əqrəb sancıb, onlardan ikisinin vəziyyəti ağırdır. Bu barədə Apa-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, təcili yarıma müraciət edən üç nəfəri Bakının Qaradağ rayonunda, bir nəfəri isə Abşeron rayonunun Sulutəpə qəsəbəsində əqrəb sancıb. Sancmaya məruz qalanlardan iki nəfərin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdiriliblər.

O.M.