Bakıda üçotaqlı evdə partalyış oldu, ev sakini yaralandı

Bakıda üçotaqlı evdə partalyış oldu, ev sakini yaralandı

26 İyul 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş vermişdir. Nəticədə, 1 kv.m sahədə pəncərə çərçivəsi yanmış, ev sakini xəsarət almış və xəstəxanaya aparılmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olmuşdur.

O.M.