Yoahin Löv “Mən “mavi” deyiləm”
Futbol üzrə
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv "mavi" olduğu barədə
səslənən fikirlərə reaksiya verib. 51 yaşlı mütəxəssis "Die Welt" qəzetinə
açıqlamasında bu cür iddialardan xəbərdar olduğunu söyləyib.
O, "Nə deyim? Bu da parikdən yararlandığım barədə iddialar kimi doğru deyil.
Mavi olub-olmadığımı bilmək istəyirsinizsə, həyat yoldaşımdan soruşun. Parikdən
yararlandığım barədə iddialara isə saçımı dartmaqla cavab ala bilərsiniz" deyib.
Lövün fikrincə, oyun və məşqlərdən sonra çılpaq halda duş qəbulu və
paltardəyişmə otağında rahat hərəkət normaldır: "Lakin fərqli mədəniyyət
sahibləri də var. Türkiyədə hamı şortik və ya tumanla duş qəbul edir".
Almaniyalı mütəxəssis qadınlardan çoxlu sayda sevgi məktubu alıb-almadığına da
aydınlıq gətirib: "Hərdən alıram, lakin məktubların çoxunu həyat yoldaşım
yaxalayaraq məhv edir.