Lerikdə 25 yaşlı qız qardaşının kəsdiyi ağacın altında qaldı

Lerikdə 25 yaşlı qız qardaşının kəsdiyi ağacın altında qaldı

25 İyul 2012 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən saat 13.00 radələrində rayonun Peştətük kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Bəxtiyar Sabir oğlu Fətullayev meşə zolağında ağac kəsərkən, ağac onun bacısı, 1987-ci il təvəllüdlü Aytəmizin üstünə düşüb. Nəticədə 25 yaşlı qız hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.