Yardımlıda minik avtomobili dərəyə yuvarlarlandı: 3 nəfər öldü, 1 nəfər yaralandı

Yardımlıda minik avtomobili dərəyə yuvarlarlandı: 3 nəfər öldü, 1 nəfər yaralandı

24 İyul 2012 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonu, Gügəvar kəndində "VAZ" markalı minik avtomobili dərəyə yuvarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Hüseynov, 1966-cı il təvəllüdlü İlqar Xaməməd oğlu Hümbətov və 1968-ci il təvəllüdlü Gülşad Qabil oğlu Əliyev hadisə yerində ölmüş, 1 nəfər xəsarət almışdır. Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:17-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.