Azərbaycanda 22 yaşlı qız 20 yaşlı tanışı tərəfindən qaçırılıb

Azərbaycanda 22 yaşlı qız 20 yaşlı tanışı tərəfindən qaçırılıb

24 İyul 2012 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Z. Xəlilov küçəsi, 67/1 ünvanında 1990-cı il təvəllüdlü Aynur Alıyeva (ad şərtidir) qaçırılıb. Qız öz tanışı, 1992-ci il təvəllüdlü Vüsal Bayramov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı müəyyənləşib. Belə ki, V. Bayramov yaxın dostu Şahin Əliyevlə birgə Alıyevanı "Mercedes" markalı avtomobillə qaçırıb. Faktla bağlı araşdırma aparılır, Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.

O.M.