
Cəbhədə vəziyyət gərgin olaraq qalır
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; İcevan rayonunun Berkaber kəndində; Füzuli rayonunun Qorqan; Ağdam rayonunun Sarıcalı, Şıxlar, Qaraqaşlı; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər