Oğuzda 250 ton ot bağlaması yandı

Oğuzda 250 ton ot bağlaması yandı

23 İyul 2012 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Oğuz rayonu, Xalxal kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 810 kv.m olan talvarın yanar konstruksiyaları 640 kv.m sahədə və talvarın altına yığılmış 250 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi və yaxınlıqda yerləşən ümumi sahəsi 600 kv.m olan ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.