Bakıda 3 avtomobil toqquşdu, 1 nəfər dünyasını dəyişdi

Bakıda 3 avtomobil toqquşdu, 1 nəfər dünyasını dəyişdi

23 İyul 2012 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dünən paytaxtın Sabunçu qəsəbəsində Şahin Məlikovun idarə etdiyi "BMW" markalı avtomobil Ramin Zərbəliyevin idarə etdiyi "Mersedes" və Ərəstun Kərimovun idarə etdiyi "VAZ 2104" markalı maşınlarla toqquşub. Nəticədə "VAZ 2104" markalı avtomobildə olan sərnişin Emin Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

O.M.