Bakıda “Hyundai” divara çırpıldı,  21 yaşlı sürücü dünyasını dəyişdi

Bakıda “Hyundai” divara çırpıldı, 21 yaşlı sürücü dünyasını dəyişdi

22 İyul 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda "Hyundai" markalı minik avtomobili yolun kənarındakı divara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Elçin oğlu hadisə yerində vəfat etmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

O.M.