Bakı-Şamaxı yolunda baş verən qəzada qadın sürücü də daxil olmaqla 3 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda baş verən qəzada qadın sürücü də daxil olmaqla 3 nəfər yaralanıb

18 İyul 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisələr yolun 106 və 120-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Bakının Nərimanov rayonunda yaşayan 1982-ci il təvəllüdlü Rəcəbova Zeynəb Yaqub qızının idarə etdiyi 90-FX-707 dövlət nömrə nişanlı "İnfiniti FX 35" markalı avtomobil qarşı tərəfdən gələn Şamaxı sakini, 1971-ci il təvəllüdlü Alıyev Vüqar Alı oğluna məxsus 10-UV-595 dövlət nömrə nişanlı "Mercedes-180" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "Mercedes"dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

O.M.