Obama neft hasil edən ölkələri hədələyib

Obama neft hasil edən ölkələri hədələyib

27 Aprel 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)


BBC-nin verdiyi xəbərə görə , ABŞ prezidenti Barak Obama neft ixrac edən ölkələri təcili şəkildə neft hasilatını artırmağa çağırıb.

Bununla da ABŞ prezidenti dünyada neft və neft məhsullarının bahalaşmasından narahatlığını ifadə edib. Obama neft hasilatını artırmaqla, neftin qiymətini aşağı salmağı tövsiyə edib.

O, neft hasil edən ölkələri hədələməkdən də çəkinməyib. "Əgər dünya iqtisadiyyatı artmasa, neft ixrac edən ölkələr də nəticə etibarilə pul qazana bilməyəcək. Buna görə də onlara neft hasilatını artırmaq tövsiyə olunur", - deyə Ağ Ev rəhbəri vurğulayıb.