Bakıda 23 yaşlı oğlan Xəzərdə batdı

Bakıda 23 yaşlı oğlan Xəzərdə batdı

18 İyul 2012 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1989-cu il təvəllüdlü Bəxtiyar Dəyanət oğlu Qarayev Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 950 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. B. Qarayevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.