Şabranda sel suları nəticəsində bağlanmış yolda avtomobillərin hərəkəti bərpa olunub

Şabranda sel suları nəticəsində bağlanmış yolda avtomobillərin hərəkəti bərpa olunub

17 İyul 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Çuxurazəmi kəndi yaxınlığında "İstisu" adlanan əraziyə gedən yol bağlanmış, orada olan çoxlu sayda insan köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən "KAMAZ" markalı 2 yük avtomobili hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yol güclü yağışlar nəticəsində yaranan sel sularının dağlardan gətirdiyi töküntülərlə (lil, daş və qaya parçaları və s.) örtülmüşdür. Aidiyyəti qurumlarla birgə yol töküntülərdən təmizləmiş, avtomobillərin hərəkəti bərpa olunmuşdur.

O.M.