Sumqayıtda şadlıq evində oğurluq olub

Sumqayıtda şadlıq evində oğurluq olub

17 İyul 2012 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda şadlıq evindən külli miqdarda pul oğurlanıb. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhərində fəaliyyət göstərən "Ramiz" şadlıq sarayına pəncərədən daxil olan naməlum şəxslər oradakı seyfi oğurlayıblar. Seyfdə olan pulun məbləği barədə dəqiq məlumat verilmir. Şadlıq evinin sahibi polisə verdiyi ifadəsində seyfdə külli miqdarda pulun olduğunu bildirib. Hazırda polis oğurluğu törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

O.M.