Şəkidə toyda rəqs etmək istəyənlər dava salıblar

Şəkidə toyda rəqs etmək istəyənlər dava salıblar

17 İyul 2012 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə toyda dava düşüb. Şəki şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kiş kəndində keçirilən toy mərasimində qeydə alınıb. Rəqs zamanı toyda iştirak edən bir neçə nəfər arasında dava düşüb. Nəticədə bir nəfər, 38 yaşlı Namiq Nemət oğlu Musayev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.

O.M.