Balakəndə 13 yaşlı uşaq faciəli hadisə nəticəsində dünyasını dəyişib

Balakəndə 13 yaşlı uşaq faciəli hadisə nəticəsində dünyasını dəyişib

17 İyul 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Katex çayında qeydə alınıb. Rayonun İtitala kənd sakini, 13 yaşlı Vahid İbad oğlu Hacıyev çayda çimdikdən sonra özünü quma basdırıb. Həmin vaxt çaydan qum yığan traktor xortumu ilə qumu götürərkən 13 yaşlı uşağı iki yerə bölüb.

Hadisə ilə bağlı polisə ifadə verən traktor sürücüsü qum yığarkən orada olan azyaşlı uşağı görmədiyini və bu faciənin bir təsadüf nəticəsində meydana gəldiyini bildirib. Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.