Bakıda aeroport yolunda 4 minik avtomobili zəncirvari toqquşub

Bakıda aeroport yolunda 4 minik avtomobili zəncirvari toqquşub

16 İyul 2012 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Aeroport-Zığ yolunda yol qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Opel", "Audi", "Mercedes" və "Hyundai" markalı 4 minik avtomobili zəncirvari toqquşmuş, "Opel" markalı avtomobildə sükan arxasında əyləşmiş 1 nəfər xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.

O.M.