Azərbaycan əsgəri dünyasını dəyişib

Azərbaycan əsgəri dünyasını dəyişib

13 İyul 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunda daha bir silahlı insident baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb. Təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, digər əsgər Surət Məmmədov isə yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Ə. Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

O.M.