Şəki rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Baş Küngüt kəndi ərazisində Şəki-Oğuz yolunun 12-ci kilometrliyində "VAZ" və "Hyundai" markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı avtomobildə olan 1 nəfər sərnişin - 1966-cı il təvəllüdlü Afilə Sevindik qızı Həsənova hadisə yerində ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış, həmin avtomobilin sürücüsü və "Hyundai" markalı avtomobildə olan 2 nəfər yaralanmışlar. Yaralılara vətəndaşlar tərəfindən köməklik göstərilmişdir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Həsənovanın cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.







































.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)























