Acunun ailəsi xoşagəlməz anlar yaşayıb: Qızları olan maşın aşıb

Acunun ailəsi xoşagəlməz anlar yaşayıb: Qızları olan maşın aşıb

16 Yanvar 2022 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin tanınmış biznesmeni, TV8 telekanalının sahibi Acun İlıcalının qızları avtomobil qəzasına düşüb.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, Acun İlıcalının qızlarının olduğu avtomobil meşəlik əraziyə aşıb.

Məlumata görə, hadisə Boluda Qartalqaya xizək mərkəzindən qayıdan yolda baş verib. Avtomobilin sürücüsü buz bağlayan yolda anidən idarəetməni itirib və avtomobil meşəlik əraziyə aşıb. Maşında olan sürücü və Leyla ilə Yasəmin İlıcalı xəsarət almadan xilas olub. Ağaclara çırpılaraq dayanan avtomobil isə yararsız hala düşüb.

Bildirilib ki, hadisə onlar istirahətdən geri qayıdarkən baş verib.