Ağsuda baş verən yanğın şəxsi təsərrüfata ciddi ziyan vurub

Ağsuda baş verən yanğın şəxsi təsərrüfata ciddi ziyan vurub

12 İyul 2012 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağsu rayonu, Padar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə və damına yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.