Şəkidə avtomobil sexində yanğın olub, 2 avtomobil yanıb

Şəkidə avtomobil sexində yanğın olub, 2 avtomobil yanıb

11 İyul 2012 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki rayonu, Aşağı Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, içərisində təmirə dayanmış "VAZ" markalı 2 minik avtomobili yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.