Quba rayonunda bəy öz toyunda zəhərlənib

Quba rayonunda bəy öz toyunda zəhərlənib

11 İyul 2012 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 10-da Quba rayonun Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi zəhərlənmə olub. Apa-nın verdiyi məlumata görə, zəhərlənmə faktı ilə bağlı Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) 25 nəfər müraciət edib. Zəhərlənən 3 nəfərin vəziyyəti ağırdır. Onlardan 2-si azyaşlı, biri isə yaşlı Bərqov kənd sakinidir.

Quba MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nizami Gülaliyev bildirib ki, 5 nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 17 nəfər də tibbi müdaxilədən sonra səhhətləri normallaşdığı üçün evə göndərilib.
Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Quba rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Bərqov kəndinə yollanıblar.

Qeyd edək ki, zəhərlənənlər arasında toyu olan bəy də var. Faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.