Dünən ölkə ərazisində baş verən qəzalarda 7 nəfər ölüb, 19 nəfər yaralanıb

Dünən ölkə ərazisində baş verən qəzalarda 7 nəfər ölüb, 19 nəfər yaralanıb

11 İyul 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir. Bu barədə Apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, ötən gecə respublikanın avtomobil yollarında 12 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Qəzalardan ən ağırı Gəncə və Astarada baş verib. Həmin qəzalarda 4 nəfər ölüb. Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.

O.M.