Saatlı sakininə məxsus evdə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Saatlı rayonu, Dəlilər kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər