Ağstafada “Mercedes”in mühərriki yanıb, 2 nəfər xəsarət alıb

Ağstafada “Mercedes”in mühərriki yanıb, 2 nəfər xəsarət alıb

10 İyul 2012 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa rayonu, Poylu kəndində ( rayon mərkəzindən 8 km aralı ) yol-qəza hadisəsi nəticəsində vətəndaşa məxsus "Mersedes" markalı, minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Qəza nəticəsində avtomobilin sürücüsü 1983-cü il təvəlüdlü İ. N. Verdiyev və avtomobildə olan sərnişin 1969-cu il təv. Xəlilov Adil Nəsib oğlu aldıqları ağır bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil vermişdir. Yanğından avtomobilin qalan hissələri mühafizə olunmuşdur.

O.M.