Şamaxıda intihara cəhd edən gənc qadının qarşısı alınıb

Şamaxıda intihara cəhd edən gənc qadının qarşısı alınıb

10 İyul 2012 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda gənc qadının intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs özünü Şirvan gölünə atmağa cəhd etmişdir. Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınmışdır. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.