Cəlilabad rayonunda 4 ton ot bağlaması yanıb

Cəlilabad rayonunda 4 ton ot bağlaması yanıb

9 İyul 2012 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.