22 yaşlı Rusiya vətəndaşı Xəzərdə boğulub

22 yaşlı Rusiya vətəndaşı Xəzərdə boğulub

9 İyul 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin Azərbaycan sektorunda Rusiya vətəndaşı itkin düşüb. Bu barədə Apa-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib. Hadisə Bakının Şüvəlan çimərliyində qeydə alınıb. Rusiya vətəndaşı, 22 yaşlı Niyazova Elvira Namazovna dənizdə çimərkən boğulub. Onun meyitini tapmaq mümkün olmayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri E. Niyazovanın meyitinin tapılması istiqamətində axtarışları davam etdirir. Qeyd edək ki, E. Niyazova Bakıya istirahətə gəlibmiş.

O.M.