
Bakıda onaltımərtəbəli binada yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik paylayıcısı yanmışdır. Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilmiş, mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər