
Qobustanda 2 minik avtomobili toqquşub: 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Cavad Yaşar oğlu Məmmədov və 3 nəfər sərnişini (1986-cı il təvəllüdlü Cavid Zakir oğlu Xəlilov, 2 nəfərin şəxsiyyəti isə məlum deyil) ölmüş, 1 nəfər sərnişini və "Mercedes" markalı avtomobilin sürücüsü yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışlar. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış C.Məmmədovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:05-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.