
İngiltərə Suriyadakı diplomatlarını geri çağırıb
Türkiyə mətbuatının verdiyi məlumata görə ,
İngiltərə Xarici İşlər Naziri Uilyam Heyq Suriyada nümayişçilərin
öldürülməsindən dəhşətə gəldiyini söyləyib. ABŞ Xarici İşlər Nazirliyi isə
Suriyadakı diplomatik nümayəndəliyin aşağı vəzifəli işçiləri və ailələrinə bu
ölkəni tərk etmək göstərişi verib. Bu ölkədən sonra Ingiltərə də analoji addımı
atıb.
Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü
Tommi Vietor yüksək səviyyəli Suriya rəhbərlərini əhatə edən sanksiyanın
gündəmdə olduğunu bildirib.
Suriyalı iki deputat isə istefa verib. Millət vəkili Döyənək Əl-Həriri bildirib
ki, oğulları güllələrdən qoruya bilmədiklərinə görə artıq parlamentdə qalmağın
mənası yoxdur.
İstefa vermək özü bir cəsarət tələb edir. Bu
baxımdan Bəşər Əsəd qorxaq adamdır...
O.M.