Çaylarımızda suyun səviyyəsi yenə də çoxalıb

Çaylarımızda suyun səviyyəsi yenə də çoxalıb

26 Aprel 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprel ayının III ongünlüyündə Respublika ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunub.


Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120 , Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Kiçik Qafqaz çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 95 faizini təşkil edib.

Tranzit çay olan Kürün suyu yenə də normadan çox olub.