Erməni silahlı bölmələri Ağdam və Cəbrayıl istiqamətində atəşkəsi pozublar
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər