100 çamadan qızılla ölkəni tərk etmək istədi

100 çamadan qızılla ölkəni tərk etmək istədi

26 Aprel 2011 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin paytaxtı Qahirədəki beynəlxalq hava limanında içində 4 min ədəd qızıl və gümüşdən düzəldilmiş qiymətli əşyanın olduğu 100 çamadanın ələ keçirildiyi bildirilir. Misirin "Nil" televiziyasının xəbərinə görə, rəsmilər çamadanların Səudiyyə Ərəbistanına göndərilmək və orada kimlərəsə təslim edilmək üçün hazırlandığını təxmin edirlər. Hətta 100 çamadan qızılın sahibinin eks prezident Hüsnü Mübarəkin ən yaxın dostu olaraq tanınan və polis tərəfindən axtarışda olan iş adamı Hüseyn Salemə aid olduğunu söyləyənlər də var.

Xatırladaq ki, iş adamı Salem Misir qazının İsrailə ucuz qiymətə satılması ilə əlaqədar bir müqavilənin memarıdır.

Misirdə 25 yanvar tarixində başlayan xalq qiyamının ardından bir çox iş adamı, siyasətçi ilə bürokratın pul, qızıl, tarixi əsər və digər qiymətli daşları xaricə qaçırdığı təxmin edilir.

Ölkənin varidatını daşımağa çalışanlar öz günahlarını və vicdan yüklərini də daşımalı olacaqlar.

Günel Həbib

O.M.