Siyəzəndə sərnişin avtobusu sürüşərək yoldan çıxıb

Siyəzəndə sərnişin avtobusu sürüşərək yoldan çıxıb

2 İyul 2012 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi ərazisində (rayon mərkəzindən 22 km aralı) "Xıdır Zində" ziyarətgahı ("Beşbarmaq" piri) adlanan dağlıq ərazidə "Daewoo" markalı sərnişin avtobusu yağışlı hava şəraitində sürüşərək yoldan çıxmış və içərisində olan 21 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endirmiş və Bakı şəhərinə yola salmışlar. Əməliyyat saat 00:20-də başa çatmışdır.

O.M.