"Əl-Qaidə" təşkilatının fəalı öldürülüb
"Əl-Qaidə" terror təşkilatının məşhur komandirlərindən
biri olan, Əbdül Gani kimi tanınan Əbu Hafs əl-Necdi öldürülüb. "Lenta.ru"
xəbər saytının verdiyi məlumatda Əbu
Hafs əl-Necdinin NATO-nun koalisiya qüvvələrinin Pakistan sərhədlərinə hava
hücumu zamanı öldürüldüyü bildirilib.
Əbu Hafs əl-Necdi "əl-Qaidə"də intihar hücumları və nağd pul transferinə
məsuliyyət daşıyıb, Kunar bölgəsində terror təşkilatının fəaliyyətinə rəhbərlik
edib, tez-tez Əfqanıstandan Pakistana gələrək təşkilati işləri həyata keçirib.
Əbu Hafs əl-Necdi ilə birlikdə "Əl-Qaidə"nin digər məşhur komandiri Vakas da hava hücumu zamanı ölüb. NATO-nun açıqlamasında qeyd olunur ki, Əbu Hafs əl-Necdi 2007-ci ildən təqib olunub və sonuncu dəfə Vakas ilə görüşərkən yeri dəqiqləşdirilib.