Rusiyada vəzifə satan fırıldaqçılar tutuldular

Rusiyada vəzifə satan fırıldaqçılar tutuldular

26 Aprel 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çərşənbə axşamı RF-nın İstintaq komitəsinin Moskva ətrafı müstəntiqləri xüsusi xidmət orqanları adı ilə fəaliyyət göstərən fırıldaqçılar dəstəsinə qarşı cinayət işi qaldırıblar. "RİA novosti"nin verdiyi xəbərə görə, üç kişi bir biznesmenə general qismində təqdim olunaraq, ona və onun tanışına "Sibir" yolları federal avtomobil idarəsinin direktor müavini vəzifəsinə təyin olunmağı təklif ediblər və buna görə ondan bir milyon avro istəyiblər.

2011-ci il fevralın 24-də Moskva şəhərindəki kafelərin birində məbləğin bir hissəsi - iki milyon rubl ödənilməsi prosesi baş verib. Bundan sonra həmin kommersant hüquq mühafizə orqanlarına müraciət edib.

Ötən cümə axşamı RF DİN iqtisadiyyat departamentinin əməkdaşları iki 48 yaşlı şübhəli şəxsi üç milyon alarkən saxlamışlar.


Tutulanlardan biri həmin fırıldaqların təşkilatçısını göstərməyə razılıq verib və aprelin 23-də Moskva ətrafı Orexo-Zuyevskoye rayonunun Kiçik Dubna kəndində Moskva vilayətinin 53 yaşlı sakininə pul ötürüb.

Üçüncü şübhəli şəxs pulu alan kimi dərhal saxlanılıb. İstintaq komitəsindən bildiriblər ki, şübhəli şəxslər verdikləri sözlərə, yəni dövlət vəzifəsinin satılmasına əməl etmək iqtidarında deyillər.

İstintaq idarəsi RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü bəndi və 159-cu maddənin 4-cü bəndi ilə cinayət işi qaldırıb. Cinayət Məcəlləsinin bu maddələrində on il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulur.


Samir Mustafabəyli


O.M.