Litva prezidenti Bakıya gələcək
Gələn həftə Litva prezidenti Daliya Qribauskaytenin
Cənubi Qafqaz regionuna səfəri başlayır. Səfərdə məqsəd Cənubi Qafqazda
münaqişələrin nizamlanmasına dair dialoqu stimullaşdırmaqdır.
Litva prezidentinin nümayəndəsi bildirib ki, prezidentin Cənubi Qafqaza səfəri çox önəmlidir. O, "Litva bu il ATƏT-ə sədrlik edir və dondurulmuş münaqişələrin həllini əsas prioritetlərdən biri elan edib. Litva prezidentinin bu səfərinin Cənubi Qafqazda münaqişələrin həllinə dair dialoq prosesini stimullaşdıracağını gözləyirik" deyib.
Digər xəbərlər