
Avtomobil qəzası tıxac yaradıb
Bu saatlarda Bakının "Tbilisi" prospektində qəza baş verib.
Qırmızı işıqda gözləyən "Mercedes" markalı 10-LX-121 dövlət nömrə nişanlı avtomobili arxadan sürətlə gələn digər "Mercedes" markalı maşın vurub.
Sürücünün ehtiyatsızlığından meydana gələn qəzanı qıraqdan elə polis özü də izləyib. Məhz bu səbəbdən olay yerinə qanun keşikçilərinin gəlməsi uzun çəkməyib.
Yolda qəza səbəbindən tıxac yaranıb. Hazırda qəza nəticəsində baş vermiş tıxac aradan qaldırılır, polis hadisə ilə bağlı protokol tərtib edib.
Maşını sürəndə qabağa baxmaq laxımdır...
Murad Ramazan
O.M.
Digər xəbərlər