Türkiyə-Ermənistan dostluğunun "simvolu" nun sökülməsinə başlanılıb
Türkiyənin Qars şəhərində Türkiyə-Ermənistan
dostluğunun simvolu kimi ucaldılmış 24,5 metr yüksəklikdəki abidənin
sökülməsinə başlanılıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, abidənin sökülməsi işini üzərinə götürən firma söküntü işini abidənin baş hissəsindən başlayıb. 19 ton ağırlığındakı ilk hissə kəsildikdən sonra kranla yerə endirilib. Söküntü işləri axşama qədər davam edəcək.
İki insan fiqurundan ibarət olan abidə 18 parçaya ayrılacaq və bələdiyyənin ayıracağı bir bölgədə saxlanılacaq.
Xatırladaq ki, abidənin sökülməsi haqqında qərar Ərdoğanın Qars şəhərinə səfərindən sonra qəbul edilmişdi. O, abidəni "ucube" adlandırmış və onun sökülərək yerində park salınması haqqında göstəriş vermişdi.
Digər xəbərlər