İdmançılarımız dünya çempionu oldular
"Qəbələ"nin və Azərbaycan yığmasının MMA döyüşçüləri növbəti uğura imza atıblar.
"Qafqazinfo" xəbər verir ki, idmançılarımız Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qələbə qazanıblar. Yarışda "Qəbələ"ni təmsil edən Bəxtiyar Abbasov (90 kq), Nəriman Abbasov (70 kq) və Hüseyn Əliyev (77 kq) yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurublar. Bəxtiyar çempion tituluna türkiyəli Murat Kemerlə döyüşdə qalib gəlməklə yiyələnib. Nəriman həlledici döyüşdə Fransa idmançısı İv Adalbert Antibe Zanqa üzərində qələbə qazanıb. Hüseyn isə finalda türkiyəli Nurjan Tutkanı məğlub edib. Bundan başqa, idmançılarımızın yer aldığı Azərbaycan millisi komanda hesabında da 1-ci yeri tutub.
Bundan başqa, bir neçə idmançımız da qızıl medal qazanıb: 57 kq Səbuhi Quliyev, 61 kq Vüqar Məmmədzadə ,66 kq Cəfər İsmiyev,70 kq Nəriman Abbasov, 77 kq Hüseyn Əliyev, 84 kq Anar Hüseynov, 93 kq Bəxtiyar Abbasov.



Mediainfo.az







































.jpg)

















































