Erməni idmançısının anasını ağlatdı
Fevral ayının 17-dən 19-a kimi Ukraynanın Luçk şəhərində Avropa kuboku uğrunda Beynəlxalq Avropa Çempionatında qaydasız döyüş üzrə döyüşən həmyerlimiz Dünya və Avropa çempionu, bundan əvvəlki döyüşdə də erməni idmançısını 47 saniyəyə nokaut edən peşəkar idmançı Elçin Hüseynovun budəfəki rəqibi yenə erməni idmançısı olub. Final döyüşündən sonra Ukraynadan birbaşa "Oxu Məni"yə açıqlama verən Elçin Hüseynovun söylədikləri:
"Rəqibim erməni idmançısı Levon Makhakyan idi. Ağır döyüş keçdi. Zədə alsam da erməni idmançısı üzərində qələbə çalıb növbəti dəfə Avropa kubokunun sahibi oldum, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdim. Əslən Laçın rayonundan olduğumdan döyüş başlayanda Laçın rayonu, Xocalı soyqırımı kini lenti kimi gözlərim önündən keçdi. Mütləq qələbə çalmalı idim. Bu mənim arzum, inadım idi. Buna da nail oldum. Bizə qayğı göstərən ölkə prezidentimiz cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Erməni üzərində növbəti qələbəm mənə güc verir ki, daha böyük zirvələr fəth edim".
Sənə uğurlar Elçin!
İdmançılarımız fevralın 24-də vətənə qayıtdılar. Qeyd edək ki, bu yarışda digər idmançılarımız da uğurlar qazanıb.
Alim Nəbioğlu





























































-1.jpg)
-1.jpg)
-1.jpg)
























