UEFA-nın yeni prezidenti

UEFA-nın yeni prezidenti

16 Oktyabr 2015 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA-nın yeni prezidentinin adı məlum olub.

Avropanın ali futbol qurumunun rəhbər postu ispaniyalı Anxel Mariya Vilyara həvalə olunub.

Hazırki prezident Mişel Platini 90 gün müddətinə diskvalifikasiya olunduğundan, UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. İclasda Vilyar müvəqqəti olaraq prezident seçilib. Reqlamentə görə, qurumda prezident olmadıqda, onun səlahiyyətlərini vitse-prezident yerinə yetirməlidi.

Anxel Mariya Vilyar həm də İspaniya Futbol Federasiyasının prezidentidi.

İsveçrənin Nyon şəhərində UEFA-nın üzvü olan 54 milli assosiasiya rəhbərlərinin iştirak etdiyi toplantıya AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da qatılıb.

Mediainfo.az