Azərbaycan futboluna itki üz verib

Azərbaycan futboluna itki üz verib

12 Oktyabr 2015 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan futboluna itki üz verib. Belə ki, yığmamızın sabiq müdafiəçisi Sakit Alıyev 49 yaşında vəfat edib.

Tovuz futbolunun yetirməsi, bu şəhərin "Turan" klubunun sabiq futbolçusu və baş məşqçisi uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bu komanda ilə ölkə çempionu, iki dəfə çempionatın bürünc mükafatçısı olan Alıyev bu gün doğulduğu Tovuzda torpağa tapşırılacaq.

Mediainfo.az